Stüart, Barista və Xəzinadar

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Zalın və masaların təmiz və səliqəli saxlanmasını təmin etmək
• Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarına, iş yerində yanğından mühafizə vasitələri ilə iş qaydalarına riayət etmək
• Anbarlardan dükan anbarlarına malların göndərilməsi prosesində iştirak etmək
• Malların FiFo (birinci alınan birinci satılır) prinsipinə uyğun olaraq istifadə olunmasına riayət etmək
• Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak etmək

Əsas tələblər:

İxtisas / Təhsil:
• Orta və ya peşə təhsili

Təcrübə:
• Öncəki təcrübə tələb olunmur

Professional biliklər:
• Azərbaycan dili mükəmməl, Rus dili arzuolunandır

Professional bacarıq və kompetensiyalar:
• Komandada işləmə
• Təmizlik
• İntizam

Barista

Vəzifə öhdəlikləri:

• Kafedəki məhsulların mövcüdluğuna cavabdeh olmaq
• Barista ərazisinin təmizliyini təmin etmək
• Brendin standartlarına uyğun olaraq məhsulları hazırlamaq və təqdim etmək
• Brendin standartlarına uyğun olaraq müştərilərə xidmət etmək
• Məhsulların silinmələr kitabında vaxtında və düzgün qeydiyyatını aparmaq
• İş vaxtının sonunda istifadə olunmuş malların lazımi miqdarda yerinə qoyulmasını təmin etmək
• Günün sonunda avadanlığın təmizlənməsini və yoxlanılmasını təmin etmək
• Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak etmək
• Məhsullarla iş və xidmət zamanı bütün gigiyena qaydalarına riayət etmək
• Malların FiFo (birinci alınan birinci satılır) prinsipinə uyğun olaraq istifadə olunmasına riayət etmək

Əsas tələblər:

İxtisas / Təhsil:
• Orta və ya peşə təhsili (qida sektorunda arzuolunandır)

Təcrübə:
• Barista olaraq 1 il təcrübə arzuolunandır

Professional biliklər:
• Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır

Professional bacarıq və kompetensiyalar:
• Komandada işləmə
• Ünsiyyət bacarıqları
• Təzyig altında işləmə
• Satış bacarıqları

Xəzinadar

Vəzifə öhdəlikləri:

• Satış vitrininin təmizliyinə və anbar, menyudakı məhsulların mövcüdluğuna cavabdeh olmaq
• Məhsulların satışının həyata keçirmək və ödəniş əməliyyatlarını icra etmək
• Brendin standartlarına uyğun olaraq müştərilərə xidmət etmək.
• Həftənin günlərindən asılı olaraq məhsulları düzgün miqdarda və çeşidlərdə sifariş etmək
• Brendin standartlarına uyğun olaraq məhsulları təqdim etmək
• Malların FiFo (birinci alınan birinci satılır) prinsipinə uyğun olaraq istifadə olunmasına riayət etmək.
• Məhsulların silinmələr kitabında vaxtında və düzgün qeydiyyatını aparmaq
• Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak etmək
• Məhsullarla iş və xidmət zamanı bütün gigiyena qaydalarına riayət etmək
• Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq

Əsas tələblər:

İxtisas / Təhsil:
• Bakalavr dərəcəsi arzuolunandır

Təcrübə:
• Müvafiq sahədə 1 il təcrübə arzuolunandır

Professional biliklər:
• Azərbaycan və Rus dilləri mükəmməl
• MS Office Proqramlarını bilmək arzuolunandır

Professional bacarıq və kompetensiyalar:
• Komandada işləmə
• Ünsiyyət bacarıqları
• Təzyig altında işləmə
• Satış bacarıqları

Vakansiyalar ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] e-mail ünvanına , mövzu hissəsində vakansiya adını qeyd edərək göndərilməsi xahiş olunur.