Mexanika mühəndisi

İşin təsviri

İşçiyə qoyulan tələblər:

• Cinsi: Kişi
• Analitik,yaradıcılıq,təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
• Müşahidə aparmaq və faktların müəyyən ediməsi bacarığı;
• Müvafiq sahə üzrə ən azı - 2 il iş təcrübəsi
• Dil bilikləri: İngilis dili – yaxşı, Rus dili - yaxşı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Mexanika üzrə texniki hesabatların yerinə yetirilməsi.
• Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək.
• Elektrik təchizatlarını işlək hala gətirərək nəzarətdə saxlamaq və bunun üçün lazım olan işləri yerinə yetirmək.
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək.

İş şərtləri:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı razılaşma yolu ilə
• İcbari sığorta
• İş vaxtı: 9.00 – 17.00 (bazar ertəsi – şənbə)
• İstirahət günləri: bazar, bayram günləri

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, Mexanika mühəndisi qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi