Marketinq meneceri

  • Ozerol Group
  • Elanın qoyulma tarixi: 27.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri : Ozerol Group ( Qida və qeyri-qida məhsullarının satışını həyata keçirdirik)
Ünvan : Bakı şəhəri , Vaqif prospekti 3
İş qrafiki-həftədə 6 gün, 09:00-18:00
Əmək haqqı - razılaşma yolu ilə

VƏZİFƏNİN TƏLƏB ETDİYİ XÜSUSİYYƏTLƏR

Təhsil: Ali Menecment, biznesin idarəedilməsi, marketinq
Təcrübə müddəti: Uyğun vəzifədə 3-5 il
Dil Bilikləri: İngilis dili (yazma, danışıq əla), Rus dili (yazma, danışıq əla)
Kompüter Bilikləri: MS Excel, MS Office, proqramlarla işləmə təcrübəsi
İxtisas Bilikləri: Maliyyə bilikləri, Marketing bilikləri, Qiymət analizlərinin aparılması bilikləri, Qida sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Xüsusi Şərtlər: Analitik düşüncə, Stresə davamlılıq, Stratejik düşünmə, Kreativlik, Liderlik, Prezentasiya etmə qabiliyyəti, mürəkkəb vəziyyətlərdə problemlərin həlli və düzgün qərar vermə bacarığı. Qida sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

VƏZİFƏ FUNKSİYALARI

• Brendin istehlakçısını tanımaq/başa düşmək:
• İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;
• Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək
• Bazarı tanımaq/başa düşmək və strategiyaları işləyib hazırlamaq
• Bazarın dinamikasını, bazardakı rəqibləri və rəqiblərin məhsullarındakı inkişafı izləmək və hesabatlar hazırlamaq
• Reklam (Sosial Media, Outdoor, İndoor, Print) briflərini, POP və POS materiallarının briflərini hazırlamaq və təsdiqlətdirmək
• Məhsul strategiyasının müəyyən edilməsində, yeni məhsulların portfelə əlavə edilməsində və mövcudların effektivliyinin yoxlanaraq qərarlar verilməsində rol almaq
• Marketinq planlaşdırması və icraatı:
• Məhsulun brendinq strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun olaraq layihənin həftəlik izlənilməsini həyata keçirmək
• Promosiyon, taktiki satış və qiymətləndirmə fəaliyyətlərini inkişaf etdirmək
• Layihələrin və kampanyaların büdcə hədəfləri daxilində planlanmasını təmin etmək
• Marketinq layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq
• Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək.
• Satış kanallarının inkişaf etdilməsi .
• Satış kanallarını ziyarət edərək, məhsulların vitrində və paylaşdırma kanallarındakı effektivliyini, merchandising fəaliyyətlərini yoxlamaq
• Satış hədəflərinə çatmaq üçün satışın stimullaşmasına yönəlik fəaliyyətlər planlamaq.
• Həyata keçirilən satışın stimullaşdırılması fəaliyyətlərinin qiymətləndirmə hesabatlarını hazırlamaq

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] email ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.

Ozerol Group tərəfindən digər vakansiyalar