Mağaza müdiri

  • Superfon
  • Elanın qoyulma tarixi: 27.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı;
İş təcrübəsi: Minimum 4 illik satış sahəsində təcrübə,1 ili isə rəhbər vəzifədə olmalıdır(Elektronika sahəsində çalışanlara üstünlük verilir);
Təhsil: Ali təhsil;
Yaş həddi: 27 və ya üzəri.
İşin təsviri: Satış strategiyasına uyğun olaraq filialın və işçi heyətinin idarə olunması.

Vəzifə öhdəlikləri:

• Mağaza stokuna nəzarət edilməsi;
• Müştəri məmnuniyyətini təmin etmək və yeni müştərilər qazanmaq;
• Tabeçiliyindəki komandanı idarə etmək və işi öyrətmək;
• Planoqrama uyğun olaraq rəf düzülüşünə nəzarət etmək;
• Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək;
• Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək.

Tələblər:

• Dinamiklik ,diqqət və analiz etmək bacarıqlarının olması;
• Outlook,MS Office, proqramları biliyi;

Təminatlar:

• Nahar pulu ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə;
• İşlə bağlı bütün xərclər qarşılanır.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “Mağaza müdiri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi :28.02.2021-ci il.

İşəgötürənin reytinqi