Əsas vəzifə və öhdəliklər:
- Satış və marketinq prosesinin planlaşdırılması və təşkil edilməsi
- Qiymət araşdırması, oxşar məhsulların bazar qiymətlərinin müəyyənləşdirilməsi və qiymət analizlərinin aparılması
- Rəqiblərin reklam və stimullaşdırıcı siyasətinin müəyyən olunması və rəqabət strategiyasının hazırlanması
- Satışın artırılması və müştəri bazasının genişləndirilməsi məqsədi ilə bazarın müntəzəm təhlilinin aparılması
- İllik satış planının hazırlanması - Müştərilərdən daxil olan sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi
- Müştərilər ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi
- Müştərinin sifarişinin çatdırılması mərhələlərinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadiyyat, marketinq, kommeriya istiqamətləri üzrə)
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi
- MS Office proqramları ilə işləmə qabiliyyəti
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə xoş rəftar
- Təqdimetmə bacarığı
Təminatlar:
- Əmək haqqı (1500-2000 AZN + satışdan daxil olan vəsaitə bağlı premya)
- Tibbi sığorta
- İşin təşkili və həyata keçirilməsi ilə bağlı xərclər
E-mail: [email protected]