Müəllim

İşin təsviri

Avropa Azərbaycan Məktəbi

İbtidai və tam orta təhsil fənləri üzrə yüksək pedaqoji qabiliyyətlərə malik müəllimləri müsabiqə yolu ilə işə qəbul edir.

Məktəbdə təlim Azərbaycan dilindədir.

İxtisas tələbləri:

- Ali pedaqoji təhsil;
- Azı 2 illik pedaqoji təcrübə;
- MS Office və Excel proqram paketlərindən istifadəni bacarmaq;
- İnteraktiv təlim metodlarını tətbiq etmək;
- İngilis və rus dillərini normal səviyyədə bilmək.

Müsabiqə iştirakçılarının aşağıdakı  sahələr üzrə bilik və kompetensiyaları araşdırılacaq:

- Tədris etdiyi fənn, həmçinin  ingilis və rus dilləri üzrə hazırlıq səviyyəsi (testlərə cavab);
- Psixoloji-pedaqoji  keyfiyyətlər (testlərə cavab);
- Kompüter bacarıqları (praktik tapşırığın icrası);
- Pedaqoji esse;
- İnteraktiv təlim metodlarından istifadə (dərs fraqmentini nümayiş etdirməklə).

Müsabiqədə iştirak etmək istəyənlər 2012-ci  il mayın 20-dək CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. İxtisas tələblərinə cavab verən iddiaçılar dəvət aldıqdan sonra 3 gün ərzində aşağıdakı sənədləri şəxsən Məktəbə təqdim etməlidirlər:

• Ali təhsil haqqında diplomun əsli və surəti;
• İnteraktiv təlim metodlarına yiyələnmə barədə sertifikatın surəti;
• Təhsilini və pedaqoji ustalığını nümayiş etdirən digər sertifikatların surəti;
• Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
• Hərbi biletin sürəti (hərbi mükəlləfiyyətlilər üçün);
• 3x4 ölçüsündə 4 ədəd rəngli fotoşəkil.

Məktəbin ünvanı: B. Bağıorva küç., 7 (“E.Akademiyası” m/s yaxınlığında, H.Cavid küçəsilə kəsişmə)

Əlaqə telefonları: (+994 12) 539-89-35, (+994 51) 530-38-74; (+994 55) 329-19-46

İşəgötürənin reytinqi