Müfəttiş assistenti

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 22.04.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müfəttiş assistenti
 
Tələblər
 
- İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya menecment sahəsində ali təhsil;
- 22-27 yaşlarında kişilər;
- Mühasibatlıq, maliyyə və audit sahələrində ən az 3 il iş təcrübəsi;
- Maliyyə və mühasibatlıq sahəsi üçün tələb olunan qanunvericilik aktlarını və normativ sənədləri, Vergi məcəlləsini bilməlidir;
- Riyazi məntiq və təhlil etmə qabiliyyətinə sahib olmalıdır;
- MS Office paket proqramlarının, xüsusən Excel proqramının əla səviyyədə bilinməsi tələb olunur. Mühasibatlıq proqramlarını bilənlərə üstünlük veriləcəkdir;
- Bölgələrə ezamiyyətə gedə bilmə imkanı;
- Rus və ingilis dilini yaxşı səviyyədə bilənlərə üstünlük veriləcəkdir.
 
 
İş barədə
 
- Şirkətdaxili təlimat, qayda və iş prosedurlarına nəzarət sistemlərinin effektiv işləyişini təftiş edən audit qrupunda köməkçi funksiyasını həyata keçirir;
- Şirkətdaxili prosedurların və rəsmi qanunvericiliyə uyğun fəaliyyətlərin polzulmasi hallarının aşkarlanması üçün sürpriz auditlər keçirilməsində iştirak edir;
- Şirkətdaxili struktur bölmələrinin fəaliyyət növlərinin effektivliyinin təhlil edilərək, zəif bəndlərin aşkarlanması və daha effektiv işləyiş üçün təkliflərin verilməsində iştirak edir.
 
  
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Müfəttiş assistenti” yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.
 
Müraciət üçün son tarix: 10.05.2012
 

İşəgötürənin reytinqi