Hüquqşünas

İşin təsviri

Tələblər:

∙ Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
∙ İş təcrübəsi : 3-5 il (hüquq sahəsində) ;
∙ AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
∙ Azərbaycan və rus dilindən şifahi və yazılı istifadə qabiliyyəti
∙ MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti
∙ Məsuliyyət, işdə dəqiqlik

Vəzifə öhdəlikləri:

∙ Müqavilələrin hazırlanması;
∙ Hüquqi sənədlərin tərtib edilməsi;
∙ Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
∙ Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması;
∙ Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirilməsi;
∙ Təsərrüfat müqavilələrinin tərtibi zamanı hüquqi əsaslandırılmış rəy verilməsi;
∙ Müqavilələrin sistemləşdirilməsi işinin təşkilində iştirak və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.
∙ Məhkəmə işlərinin aparılması

İş şəraiti:

∙ 5 günlük iş həftəsi
∙ Karyera yüksəlişi imkanı
∙ Tibbi sığorta ilə təmin olunma
∙ Əmək haqqı: müsahibə əsasında
∙ Nahar şirkət tərəfindən təmin olunur.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşəgötürənin reytinqi

Zeytun Pharmaceuticals tərəfindən digər vakansiyalar