Loqistika üzrə mütəxəssis

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 17.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:

• Ali Təhsil;
• Logistika sahəsində azı 1 il əmək stajına malik olmalıdır;
• Hər növ nəqliyyatda yük daşınmasının təşkili barədə məlumatlı olmalıdır;
• Telekommunikasiya mallarının, avadalıqlarının xüsusiyatlərini bilməlidir;
• Azərbaycan, rus dillərini mükəmməl bilməlidır (ingilis dili arzuolunandır);
• Logistikanın təşkili prinsiplərini bilməlidir;
• Stressə davamlı olmalıdır;
• Logistikaya aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
• Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərini bilməlidir;
• MS Office (Word / xüsusi ilə Excel) və Outlook programlarını mükəmməl bilməlidir;
• İşgüzar yazışma əsaslarını bilməlidir.

Əsas vəzifə və öhdəliklər:

• Sifarişlərin daşınması üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək;
• Daşınma üçün ən optimal nəqliyyat vasitəsini seçmək;
• Gömrük sənədlərinin hazırlanması prosesini idarə etmək;
• Daimi alternativ və maliyyətin aşağı salınması üçün tədbirlər görmək;
• Ən optimal nəqliyyat yolunu təyin etmək;
• Yüklərin gömrük orqanlarından keçirilməsi işini idarə etmək;
• Nəqliyyat tədarükçüləri ilə danışıqlar və yazışmalar aparmaq;
• Tədarükçülərdən kommersiya təkliflərinin toplamaq, qiymətləndirmə cədvəllərini tərtib etmək;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] e-ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənın adını “Loqistika üzrə mütəxəssis” göstərilməsi xahiş olunur. Əks təqdirdə, həmin müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi