Avtonəqliyyət şöbəsinin meneceri (Fleet manager)

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Şirkətə məxsus olan nəqliyyat vasitələrinin siyahılaşdırılması, həmin nəqliyyat vasitələrinin sənədlərinin (texniki pasport, sürücülük vəsiqəsi, icbari sığorta, yol vərəqəsi vəyaxud etibarnamə) düzgünlüyünün təqib olunması, əskikliklər barəsində lazımi bölmələrin məlumatlandırılması;
• Nəqliyyat prosesinin daimi monitorinqi və izləmə;
• Nəqliyyat vasitələri istismara verilmədən öncə sürücüyə təhvil-təslim olunması, sürücülərə lazımi təlimatların verilməsi;
• Şirkətə məxsus olan nəqliyyat vasitələrinin nasazlıqlarını aşkarlamaq üçün yoxlamalar keçirmək və nasazlıqların vaxtında aradan qaldırılması üçün lazımi tədbirlər görmək;
• Nəqliyyat vasitələrinin ümumi baxım və təmir işləri ilə əlaqədar məsələlərin həyata keçirilməsi, nasazlıqların araşdırılması, lazımi tədbirlərin görülməsi üçün təyin olunmuş təmir emalatxanasına (servis) yönəldilməsi;
• Nəqliyyat vasitələrinin təmiri və baxımı ilə əlaqədar uyğun servis təkliflərinin alınması, qiymət razılaşdırma protokollarının hazırlanması, rəsmi texniki xidmət müqavilələrinin hazırlanması;
• Nəqliyyat vasitələrinin təmiri ilə bağlı olaraq əvvəlcədən lazımi təmir emalatxanaları təyin etmək, dəyişiləcək hissələr və görüləcək işlər üçün uyğun qiymət təkliflərinin alınması, qarşılıqlı razılaşma (müqavilə əsasında) fəaliyyətin təmin edilməsi;
• Nəqliyyat vasitələrinin mütəmadi olaraq yağ dəyişmə vaxtlarına diqqət yetirmək, hissə dəyişimi üçün ilkin olaraq dəyişiləcək ehtiyat hissələrinin gözdən keçirilməsi;
• Şirkətdaxili sifariş əsasında struktur bölmələri nəqliyyat vasitələri ilə təmin olunması;
• Şirkətə aid olan nəqliyyat vasitələri üçün yanacağın hesabatının hazırlanması, yanacağın uçotunun aparılması;
• Şirkət daxilində nəqliyyat işləri ilə əlaqədar məsələlərin həll olunması, sənədləşmənin düzgün təqib olunması və həyata keçirilməsi;
• İstifadə olunan nəqliyyat vasitələrinin istismarı üzrə təlimatlara, dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət olunmasına nəzarət etmək;
• Davamlı olaraq şirkətə aid olan nəqliyyat vasitələrinin marşrut üzrə hərəkətinə nəzarət etmək;
• Şirkətin siyasət, təlimat və xidməti standartlarına / qaydalarına riayət etmək.

Namizədə dair tələblər:

• Yaş: 25-45;
• Bu sahədə min təcrübə: 3-4 il
• Nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilmək.
• Montaj və təmir metodların anlayışı
• Komanda ilə işləmə bacarığı
• İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
• İşgüzar, ciddi, diqqətcil, dürüst, ünsiyyətcil və aktiv olmalıdır

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi
• Əmək haqqı: müsahibə əsasında təyin olunur
• Korporativ nömrə

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına mövzu yerində “Fleet Manager” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyu üçün dəvət olunacaqlar