Maliyyə üzrə mütəxəssis

  • RD SMART
  • Elanın qoyulma tarixi: 14.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
• 2 ildən çox iş təcrübəsi (maliyyə təhlili sahəsində)
• Təhlil etmə üzrə təcrübə
• Pul axınının, debitor-kreditor hesablaşmaların təhlili üzrə bilikər və təcrübə
• 1C; MS Office (Excell - əla səviyyədə) proqramlarından sərbəst istifadə qabiliyyəti

Vəzifə öhdəlikləri:

• Maliyyə-təsərrüfat fəaliyyətinin effektivliyinin artırması üçün resursların düzgün istifadəsinə nəzarət edilməsi
• Satış üzrə təhlillərin aparılması və debitorlara nəzarət edilməsi
• Satınalma üzrə hesablaşmalara nəzarət edilməsi
• Mal-material inventarlarının saxlanması və hərəkətinə nəzarət edilməsi
• Xərclərə nəzarətin və yüksək dərəcədə effektivliyin təmin olunması üçün xarici təchizatçıların idarəedilməsi
• Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili
• Əsas şirkət, bazar, brend və seqmentin fəaliyyət göstəricilərinin təhlilinin aparılması və hesabatların hazırlanması

İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 Fevral, 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Maliyyə üzrə mütəxəssis) göstərməyiniz xahiş olunur.

RD SMART tərəfindən digər vakansiyalar