Mühasib köməkçisi

  • ERC International
  • Elanın qoyulma tarixi: 15.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatları:

- Bütün növ mühasibat əməliyyatlarının (Bank, Kassa, Alış , Satış, və s) 1C 8.3 mühasibatlıq proqramına daxil edilməsi
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Satış müqavilələrinin tərtib olunması və 1C 8.3 mühasibatlıq proqramına işlənməsi
- Baş mühasibin verdiyi tapşırıqların vaxtında icra edilməsi
- İşçilərə əmək müqavilələrini hazırlanması, işə qəbul, xitam və keçirilmə haqda əmrləri rəsmiləşdirilməsi
- Əmrlər, ezamiyyət, məzuniyyət və əmək kitabçalarının qeydlərinin aparılması
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək
- Statistika hesabatlarının hazırlanması

Namizədə tələblər:

∙ İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya tekniki sahə üzrə ali təhsil;
∙ Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
∙ Microsoft Office proqramlarında (xüsusi ilə Excel), 1C 8.3 və digər uçot proqramlarına dair mükəmməl bilik və təcrübə
∙ Cari mühasibatlıq, bank və vergi qanunvericiliyini bilmək;
∙ Yerli maliyyə hesabatlarının standartları üzrə biliklər;
∙ Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
∙ Əla ünsiyyət qurma və işçi heyəti ilə işləmək bacarığına malik olmaq;
∙ Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
∙ Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

Əmək haqqı: 600-1000 AZN

Xahiş olunur CV-ləri Mühasib Köməkçisi başlığı ilə [email protected] ünvanına göndərsinlər.