Gömrükləmə və beynəlxalq daşınmalar üzrə broker

  • Logist LLC
  • Elanın qoyulma tarixi: 13.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin öhdəlikləri

• Gömrük sənədlərinin dövriyyəsinin aparılması;
• Gömrük ödənişləri ilə işləmək;
• Gömrük orqanlarında yaranan qeyri-standart məsələlərin həlli;
• Gömrük rəsmiləşdirilməsi məqsədilə qəbul edilmiş mal və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərini yoxlamaq;
• Xərclərin hesablanmasında və müvafiq gömrük rüsumlarının ödənilməsində köməklik göstərmək;
• Müştərinin idxal və ixrac əməliyyatlarının hüquqi təminatını həyata keçirmək;
• Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
• Nəqliyyat və gömrük sənədləri ilə iş; Bütün zəruri icazələrin hazırlanması.

Şərtlər

• İş qrafiki həftə içi 9 00 – 18 00, istirahət günü - şənbə, bazar
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Telefon danışıq haqqının verilməsi
• Əmək haqqı müsahibəyə əsasən təyin olunur

Namizədə tələblər

• Ali təhsil
• MS Office (Word, Excel, Power Point, Outlook) proqramlarıını bilməli
• Azərbaycan, Rus dili (səlis), İngilis dili (yaxşı)
• Dürüst, məsuliyyətli və diqqətli olmaq
• Təşəbbüskarlıq qabiliyyəti
• Analitik düşünmə, tez qərar qəbul etmə, yarana biləcək problemləri ən qısa zamanda həll etmək bacarığı

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.