Fumiqasiya mütəxəssisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 21.04.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

FUMİQASİYA MÜTƏXƏSSİSİ    
 
Tələb olunan texniki bilik və bacarıqlar:
 
 -  Kənd təsərrüfatı, biologiya və ya zoologiya sahəsində ali təhsil,
 25-35 yaşlarında kişilər,
 - Hərbi xidmətini başa vurmuş olmalı,
 - Ölkə xarici və daxilində ezamiyyətlərə gedə bilməli,
 - B kateqoriyalı sürücü vəsiqəsinə sahib olmalı,
 - Həşaratlar (tarakan, qarışqa, çəyirtkə və s.), gəmiricilər (siçan, siçovul), uçan həşaratlar (arı, milçək, ağcaqanad), məhsulların içərisində  görülə biləcək həşaratlar və digər canlılarla (ilan, əqrəb, quş, it, pişik və s.) mübarizə sahəsində təcrübəli olmalı,
 - Həşaratlarla və gəmiricilərlə mübarizə mövzusunda beynəlxalq standartları, risk analizlərini yaxşı səviyyədə bilməli,
 - Həşaratlarla və gəmiricilərlə mübarizədə istifadə olunacaq fumiqant və hər cür dərman biliyinə sahib olmalı.
 
İş haqqında məlumat:
 
 - Həşaratlarla mübarizə işinin təşkili və idarə edilməsi,
 - Müəssisələrin həşaratlarla mübarizə çərçivəsində tədqiq edilməsi,
 - Daxili və ümumi təyinatlı dərmanlama işlərinin həyata keçirilməsi,
 - Müəssisə daxilindəki avadanlıqlara nəzarət edilməsi,
 - Problemlərin aşkarlanması, mənbələrin dəyərləndirilməsi və qabaqlayıcı fəaliyyətlərin həyata keçirilməsi.
           
 
 
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mözvu yerinə “Fumiqasiya mütəxəssisi” yazaraq  [email protected] ünvanına göndərməsi xahiş olunur.
 
Müraciət üçün son tarixi 15.05.2012

İşəgötürənin reytinqi