Ofis meneceri

  • Alyans Tekstil
  • Elanın qoyulma tarixi: 06.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

- Daxil olan və göndərilən sənədlərin, e-maillərin, telefon zənglərinin və yazışmaların koordinasiyası,
- Direktorun təqviminin idarə olunması,
- Görüşlərin prioritetləşdirilməsi və təşkili
- Direktorun və rəhbərliyin iştirakı ilə daxili və xarici görüşlərin koordinasiyası və izlənməsi.
- Görüş qeydlərinin aparılması və müvafiq olaraq paylaşdırılması.
- Müvafiq sənəd və məktubların, iclas protokollarının hazırlanması.
- Sənədlərin dövriyyəsinə nəzarət; imzalanma, surətlərin çıxarılması, arxivləşdirmə.
- Direktora hesabatların, təqdimatların hazırlanması və çatdırılması.
- Direktor üçün yazılı və şifahi tərcümələrin edilməsi.
- Qonaqların nəzakətlə qarşılanması və təyin olunmuş görüşlərin koordinasiyası.

Namizədə olan tələblər:

- Ali təhsil ;
- Yaş: 22-30
- Ən az 1 il iş təcrubəsi;
- MS Office proqramlarını bilməli;
- Azərbaycan, rus dili – səlis, ingilis dili – yaxşı səviyyədə;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Beynəlxalq və korporativ yazışma qaydalarını bilməli;
- Vaxtı idarəetmə qabiliyyəti;
- Düzgün qərar qəbul etmə və problem həll etmə qabiliyyəti;
- Səbrli və diqqətli olmalı, məxfiliyin qorunmasını təmin etməli.

İş şərtləri:

İş yeri: Sumqayıt şəhəri
İş rejimi: 5 günlük 08:30-17:30
Əmək haqqı: 600-700 AZN
Nahar, korporativ nömrə və servis şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Ofis meneceri” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Növbəti mərhələ üçün yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.