Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 14.04.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi

əmək haqqı – 700 – 1000 AZN
iş vaxtı: 5 günlük iş həftəsi, 09:00 – 18:00
 
Vəzifə öhdəlikləri:

• Problemli kreditlərin sağlamlaşdırılması və ləğvi ilə əlaqədar tədbirləri həyata keçirir.
• İşin tələbinə uyğun olaraq bütün sənədlərin (kredit, zaminlik, girov, ipoteka və s., müqavilələr, arayış, qəbzlər və s.) təftiş və ekspertizasını təşkil edir.
• Sənədləşmə zamanı aşkar edilmiş nöqsan və çatışmamazlıq barədə şöbə rəisinə məlumat verir.
• Ehtiyac yarandığı halda Bankı məhkəmələrdə və digər orqanlarda nümayəndə qismində təmsil edir.
• İddia ərizəsini hazırlayır, razılaşdırır və məhkəməyə təqdim edir.
• Problemli kreditlərin monitorinqini və yenidən qiymətləndirilməsini həyata keçirir.
• Problemli kreditlərin kredit reytinqini müəyyənləşdirir.

Namizədə olan tələblər:

• Ali təhsil (hüquq və iqtisadiyyat üzrə);
• Problemli kreditlərlə iş sahəsi üzrə ən azı 2 (iki) illik iş təcrübəsi;
• Fəaliyyət sahəsi üzrə qanunvericilik üzrə biliklər;
• Azərbaycan dili – mükəmməl;
• Rus dili yaxşı səviyyədə (İngilis dilini bilənlərə üstünlük verilir);
• Komandada və fərdi işləmək qabiliyyəti;
• Tez və düzgün qərar vermək bacarığı;
• MS Office proqramlarında işləyə bilmək bacarığı;
• Məsuliyyətlilik;
• Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti.
• Hərbi xidməti bitirənlərə üstünlük verilir.

Əlaqədar şəxs : İlhamə İdayətova
Tel: 404 43 39
Vakansiyanın tələblərinə uyğun gəldiyiniz halda cv-nizi [email protected] electron  ünvanına göndərə bilərsiniz. Zəhmət olmasa, mail-in mövzu sahəsində “Problem loans specialist” qeyd etməyi unutmayın.

 

İşəgötürənin reytinqi