Satış Mütəxəssisi (tele-sales)

  • AZ Smart LLC
  • Elanın qoyulma tarixi: 17.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə olan tələblər:

- Marketinq, Ticarət və ya buna bənzər bakalavr dərəcəsi.
- Güclü analitik və tənqidi düşünmə bacarıqları.
- Mükəmməl müştəri xidməti və liderlik bacarıqları.
- Güclü şəbəkə (əlaqə) yaratma qabiliyyətləri.
- Problemlərin diaqnozunu aparmaq və həll yollarını tapmaq bacarığı.
- Müxtəlif müştəri tipləri ilə işləmə bacarığı
- Peşəkar davranış bacarığı.
- Tələb olunduqda iş vaxtından artıq işləmək imkanı.

Vəzifə öhdəlikləri:

- Böyük miqdarda gələn və gedən zəngləri vaxtında idarə etmək
- Fərqli mövzulu zənglər ilə işləyərkən ünsiyyət "skript"-lərini izləmək
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, məlumatları dəqiqləşdirmək, hər məsələni araşdıraraq həll və / və ya alternativ təklif etmək
- Yeni məhsul yarandıqda mövcud müştərilər də daxil olmaqla satış etmək üçün fürsətlərdən istifadə etmək
- Çağrı mərkəzi məlumat bazasında bütün danışıqların qeydlərini anlaşıqlı bir şəkildə saxlamaq
- Şəxsi və komandanın keyfiyyət + kəmiyyət hədəflərinə cavab vermək

Tələblərə cavab verən namizədlər Dekabr ayının 28-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Satış Mütəxəssisi (tele sales)” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.