Elektrokar sürücüsü

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 03.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Elektrokar sürücüsü
İş yeri: Bakı şəhəri, Məhəmmədi qəsəbəsi.
İş təcrübəsi: 1-2 il
Təhsil: Orta
Yaş həddi: 25-40 yaş
Elektrokar idarə etmək hüququnu təsdiq edən müvafiq diplom və ya sertifikatın olması mütləqdir.

İşin Təsviri: Məhsulların qaldırıcı və daşıyıcı qurğular vasitəsilə anbar daxilində hərəkətini və yerləşdirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

- Məhsulların nəqliyyat vasitələrinə yüklənməsi və müəyyən edilmiş yerlərdə boşaldılması;
- Məhsulları saxlama anbarlarına daşımaq və yerləşdirmək;
- Daşıyıcı və qaldırıcı avadanlıqların istismara yararlı olmasını yoxlamaq;
- Qurğuların batareyalarının dolu olmasını nəzarətdə saxlamaq;
- Avtoyükləyicidən, mobil qaldırıcı mexanizmlərdən, əl arabasından istifadə etmək;
- İstismara hazır avadanlıqları sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun təmizləmək;
- Texniki xidmətin müntəzəm qaydada göstərilməsini həyata keçirmək və daşınma xidmətinin heyətinə nöqsanlar barədə məlumat vermək.

Tələbər:

- Nizam-intizamlı olmaq;
- Diqqətli və məsuliyyətli olmaq;
- Avadanlığı peşəkar idarə etmək qabiliyyəti;
- Komanda ilə işləyə bilmək.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Elektrokar sürücüsü” yazmaqla CV göndərərək müraciət edilir.