Hüquqşünas

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 03.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Hüquqşünas
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs
İş təcrübəsi: Hüquq sahəsində 3-5 il iş təcrübəsi
Təhsil: Ali hüquqi təhsil
Yaş həddi: 30 - 40 yaş
Vəkillər Kollegiyasının üzvi olanlara üstünlük veriləcəkdir.

İşin Təsviri: Struktur bölmələrin sifarişinə əsasən hər növ müqavilələrin, onlara əlavə və dəyişikliklərin AR-nın qanunvericiliyinə və ya AR-ın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun tərtibi, hüquqi təhlilin aparılması və hüquqi rəyin bildirilməsi.

Vəzifə öhdəlikləri:

- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Struktur bölmələrin təşkil etdiyi müqavilə rəsmiləşdirilmə işinin mahiyyətinə aid zəruri görüş və danışıqlarda iştirak edilməsi;
- Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq təkliflərin verilməsi;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.

Tələblər:

- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
- AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, gömrük, vergi, əmək, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir, məhkəmə ,logistika sahəsində nəzəri və praktik biliklərə malik olmalıdır, dövlət orqanları ilə işin qaydalarını bilməlidir;
- Azərbaycan və türk dili yüksək, rus dili orta səviyyədə olmalı;
- MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;
- Dürüst və vicdanlı olmalı;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Hüquqşünas” yazaraq CV göndərməklə müraciət edilir.