Satış məsləhətçisi ( Ağsu, Şamaxı, Bərdə - xanım)

İşin təsviri

 

Vakansiya: Satış məsləhətçisi ( AĞSU, ŞAMAXI VƏ BƏRDƏ- XANIM namizəd tələb olunur )

Tələblər:

• Orta təhsil (Ali təhsil arzuolunandır);
• Azərbaycan dilini səlis bilməli (rus dilini bilməsi arzu olunandır);
• Müvafiq sahə üzrə ən azı 1 ilə yaxın iş təcrübəsi arzu olunandır;
• Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı.

Vəzifələr:

• Əyani test edilməsi yolu ilə məhsulun işləmə üsulunu müştəriyə nümayiş etmək;
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək.

 

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi