Baş energetik

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 02.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsi;
• Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidməti;
• Elektrik dövriyyəsinin hesablanması;
• Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
• Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
• Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması;
• Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti;
• Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
• Elektrik-quraşdırma işlərinin tikintisinin Tikinti Norma və Qaydalarına uyğun təşkili və nəzarəti;
• Cəmiyyətin bütün elektrik təsərüfatına nəzarət.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
• Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
• Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
• Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
• Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili arzuolunandır;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil;
• Minimum 5 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi

Seçilmiş iş elanları