Hüquqşünas

İşin təsviri

Vəzifə: Hüquqşünas

Əsas vəzifə öhdəlikləri:

• Müqavilələrin tərtib edilməsi
• Hüquqi sənədlərin tərtib edilməsi
• Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
• Xarici hüquqi şəxslərlə bağlanılan müqavilələrin və eləcə də digər müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin tərtib edilməsi
• Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
• Təşkilatın maraqlarının məhkəmələrdə, hökumət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
• Şirkətin bölmələrini hüquqi məsləhət və yardımla təmin edilməsi
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
• Məktubların tərtib olunması və göndərilməsinə nəzarət edilməsi
• Qanunvericiliyin tətbiqi ilə bağlı sorğuların cavablandırılması və ya aidiyyəti üzrə həmkarlarına yönləndirilməsi

Namizədə dair tələblər:

- Ali hüquqi təhsil (BDU, ARPDİA və ya Aviasiya)
- İxtisas üzrə praktiki iş təcrübəsi – 1-2 il
- Mülki hüquq sahəsini bilmək
- Azərbaycan dili sərbəst bilmək (yazılı və şifahi);
- İngilis və Rus dilləri praktiki bilmək-üstünlükdü, lakin mütləq deyil;
- Öz vaxtını effektli şəkildə idarə etməyi bacarmaq və vəzifənin icrasını dəqiq vaxtında bitirmək;
- İnformasiya-hüququ və axtarış sistemləri ilə iş bacarıqları;
- Hüququ sənədləşməni tərtib etmə bacarıqları;

- Kompüter bacarıqları (xüsusilə MS Office 365);
- Analitik və yaradıcı düşüncə

- Dəqiqlik və məsuliyyətlilik
- Problemləri vaxtında müəyyən etmək və onlardan effektiv çıxış yollarını tapmaq bacarığı
- İşdə təşəbbüskar və yenilikçi yanaşma
- Daimi özünüinkişaf və təkmilləşdirmə
- Rəsmi-işgüzar üslubda yazışmalar həyata keçirmək bacarığı

İş şərtləri:

- Ünvan: Yasamal r-nu, Mətbuat pr. 28/30
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30, Şənbə : 10.00 – 16.00
- Ə/h: 600 azn

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquqşünas” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.