Kassir

  • KH Partners MMC
  • Elanın qoyulma tarixi: 26.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Fast-Food restoran üçün Kassir

KH Partners MMC yeni açılması planlaşdırılan fast food restorana kassir vakansiyası elan edir.

Vakansiya üzrə əsas tələblər aşağıdakılardır:

- 2- 5 il kassir təcrübəsi
- R keeper və bu kimi sistemlərdən istifadə bacarığı
- Azərbaycan və Rus dillərində sərbəst danışıq qabiliyyəti, elementar İngilis dili üstünlük hesab olunur

Vakansiya üzrə vəzifə öhdəlikləri:

- Müştərilərin gülərüzlə qəbul olunub salamlanması
- Sifarişlərin götürülməsi, fast food seçimi və menyu üzrə məlumatların/məsləhətin verilməsi
- Ödənişin qəbul olunması və sifarişin kassa proqramına vurulması
- Kassada qalıq pul hesabatının verilməsi və gündəlik satış həcminin yoxlanması

Vakansiya üzrə aylıq əmək haqqı və bonus ödənişlər əlavə müzakirə olunacaqdır.

Gündəlik qidalanma şirkət tərəfindən təmin olunacaqdır.

Maraqlanan şəxslər öz tərcümeyi-hallarını [email protected] elektron ünvanına göndərə bilərlər.