Avtokar sürücüsü

  • AzMonbat
  • Elanın qoyulma tarixi: 25.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Avtokar (Forklift) sürücüsü

Vəzifə öhdəlikləri:

- Yüklərin vaxtında və təhlükəsiz şəkildə daşınması, yerləşdirilməsi və təyinatı üzrə boşaldılması işlərini yerinə yetirmək;
- Yükləmə və boşaltma zamanı texniki avadanlıqların təhlükəsizliyini təmin etmək;
- Şirkətdaxili intizam qaydalarına riayət etmək.

Namizədə tələblər:

- Analoji sahədə 5 il iş təcrübəsi;
- Müvafiq peşə üzrə diplom və ya sertifikat;
- Avtokarın düzgün və təhlükəsiz idarə edilməsi üzrə bilik və bacarıqları olmalı;
- Texnikanın başlıca mexaniki problemlərinin müəyyənləşdirilməsi üzrə bacarıqlara sahib olmalı;
- Zavod Sumqayıt yaxınlığında yerləşdiyi üçün Sumqayıt şəhərində və ya yaxın ərazidə yaşayan namizədlərə üstünlük verilir.

Davranış cəhətindən:

- İşini planlaşdırmağı və təşkil etməyi bacarmalıdır;
- Ortaya çıxan problemləri həll etməyi bacarmalıdır;
- Vaxtdan səmərəli istifadə etməyi bacarmalıdır;
- Nəticələrə istiqamətlənərək məhsuldar işləməyi bacarmalıdır;
- Kollektivdə işləməyi bacarmalıdır;
- Yaxşı ünsiyyət qırma bacarıqları olmalıdır.

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Avtokar sürücüsü” başlığı altında qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.