Əməliyyatlara xarici nəzarət şöbəsinə Aparıcı/Baş mütəxəssis

İşin təsviri

Görəcəyiniz işlər:

- Bankın müxtəlif istiqamətlərində aparılan əməliyyatlara, riskli hallara, bankdaxili prosedurların və qanunvericilyin pozulması hallarına distant nəzarət etmək;
- Mövcud daxili müşahidə sistemləri vasitəsi ilə Bankda aparılan əməliyyatlara distant yoxlamaların həyata keçirilməsi;
- Aparılmış yoxlama nəticələrininin rəsmiləşdirilməsi, aşkarlanmış çatışmazlıqlara dair tövsiyə və rəyin bildirilməsi, kənarlaşmaların və pozuntuların aradan qaldırılmasına nəzarət edilməsi.

Bizim üçün ideal namizəd:

- Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
- İnduktiv və Analtik Təhlil etməyi bacaran;
- MS Office(Əsasən Excel) proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
- Bankda minimum 3-5 il iş təcrübəsi olan;
- Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
- Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatlara xarici nəzarət şöbəsinə Aparıcı/Baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.