Nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 17.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət Departamentinin Operativ Nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

• Korporativ və SME kreditlərin planlı və növbədənkənar monitorinqlərini həyata keçirmək
• Korporativ və SME kredit portfelinin analizi və risklərin ölçülməsi
• Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək
• Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək
• Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
• Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
• Kredit portfelinin keyfiyyətinə nəzarət etmək

Tələblər

• İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil və bank sahəsində minumum 1 illik iş təcrübəsi; və ya digər ixtisaslar üzrə ali təhsil və bank sahəsində minumum 3 illik iş təcrübəsi;
• Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə;
• Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
• Ofis proqlamları və bank əməliyyat sistemlərilə işləmə bacarığı;
• Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
• Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı
• Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması;
• Yaş 23-35 arası;
• Daxili audit, monitorinq ,risk, daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi