Çayçı

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 15.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Çayçı

İş yeri: Bakı şəh,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Cinsi: Xanım
Yaş həddi: 30-40

İşin Təsviri: Rəhbər və qonaqlara çay xidmətinin göstərilməsi.

Vəzifə öhdəlikləri:

- Ofis işçilərini, lazım olduqda həmin ofisə gələn qonaqları çayla (sifariş edildikdə qəhvə və ya suyla) təmin etmək;
- Mətbəxin daimi təmizliyini təmin etmək;
- İstifadə etdiyi əşya və ləvazimatların gigiyenik olmasını təmin etmək.

Tələblər:

- Hər növ çay və kofelərin hazırlanmasını bacarmalı;
- Səliqəli, gülərüz və təmizkar olmalı;
- Ciddi və məsuliyyətli olmalı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yaşayış yerinə uyğun - “Çayçı” yazıb göndərməklə müraciət edə bilərsiniz.