Yay Təcrübə Proqramı

İşin təsviri

AzərKredit-də Yay Təcrübə Proqramı

Vijn Fond AzərKredit MMC (AzərKredit) 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədilə ümumdünya yardım və inkişaf təşkilatı olan Vörld Vijn Azərbaycan təşkilatının bir proqramı olaraq yaradılmışdır. 2003-cü ildə Azərbaycan Mərkəzi Bankının lisenziyasını alaraq Bank Olmayan Kredit Təşkilatı öz fəaliyyətinə başlamışdır. AzərKredit təşkilatının missiyası aztəminatlı insanların həyatlarında müsbət təsirə səbəb olacaq maliyyə xidmətlərinin təqdim edilməsidir. AzerKredit iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil alan və ixtisasları üzrə təcrübə qazanmaq istəyən yüksək potensiallı tələbələrin və istedadlı gənclərin axtarışındadır. Bu məqsədlə AzərKredit hal-hazırda ofisdə praktika keçmək məqsədi ilə tələbələr üçün Yay Təcrübə Proqramını elan edir.

Yay Təcrübə Proqramının məqsədi maliyyə institutlarında karyera qurmaq arzusunda olan tələbələrə, təşkilatın həyata keçirdiyi kredit layihələrində iştirakını təmin edərək praktiki təcrübə qazandırmaq imkanını yaratmaqdır. Yay Təcrübə Proqramı tələbələrə AzərKredit təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat almaq və təşkilatda karyera qurmaq üçün əvəzedilməz imkan yaradır.