Elektrik təchizatı işləri üzrə Mühəndis - Layihəçi

İşin təsviri

Fire Safety Caspian Azerbaijan MMC-ya Elektrik təchizatı işləri üzrə Mühəndis - Layihəçi tələb olunur.

Iş saatı: həftənin 1-5 günləri,saat 08:00-17:00;
Nahar fasiləsi (13:00-14:00);
Əmək haqqı 1000 AZN.

Əsas vəzifə öhdəlikləri:

• Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi;
• Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
• 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi;
• Elektrik yükünün hesablanması;
• Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
• Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
• Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
• Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
• Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
• Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
• Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrik xəttlərinin çəkilməsi, yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək.

Namizədə tələblər:

• Mühəndis-elektrik ixtisası üzrə ali təhsil;
• Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
• Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
• Elektrik sxemlərini tərtib etmək bacarığı;
• Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
• Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
• Aşağı və yüksək gərginlikdə işləmək üçün sertifikat (Sənəd);
• Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
• Kompüter bilikləri – AutoCAD əla bilməli; 3D MAX, VRAY, Corel Draw proqramlarının bilməsinə üstünlük verilir.
• MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
• Komandada işləmə bacarığına malik olmalı;
• Diqqətli və dəqiq olmalı;
• İşgüzar və məsuliyyətli olmalı;
• Təzyiq altında işləməyi bacarmalı.

Maraqlı olan şəxslər öz CV-ləri [email protected] elektron ünvanına göndərə bilər.