Database Administrator

  • Elanın qoyulma tarixi: 03.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Database Administrator

Veysəloğlu Şirkətlər Qrupu Şəki və Tovuz regionları üçün “Database Administrator” vakansiyasını elan edir.

Namizədə tələblər:

• MS SQL 2014/2016/2017/2019 üzrə 1 ildən artıq iş təcrübəsi
• Azure Cloud və Azure Services üzrə biliklər, Azure SQL Database-lə işləmək bacarığı
• Verılənlər bazası obyektlərinin yaradılması
• Verilənlərin tamlığının, əlçatanlığının təmin olunması
• Verilənlər bazalarının ehtiyat nüsxələrinin çıxarılması və davamlılığının yoxlanılması
• Kodun yazılması zamanı SQL injection kimi təhlükəsizlik problemlərinin nəzərdə saxlanılması
• Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi
• SQL Server Integration Services (SSIS), SQL Server Analysis Services (SSAS), SQL Server Reporting Services(SSRS) üzrə biliklər
• Server level, Database level, T-SQL query level performance tuning-in edilməsi
• Verilənlər bazası sistemlərinin monitorinqi və optimallaşdırılması
• Real çalışdırılan sistemlərə uyğun olaraq test mühitinin təmin olunması
• Mövcud biznes mühitinə uyğun yeniliklərin araşdırlıb test və real sistemlərdə tətbiq olunması
• Texniki səviyyədə ingilis dili bilikləri

İşin təsviri:

• Tələb olunan verilənlər arxitekturasının başa düşülməsi və müəyyənləşdirilməsi
• Biznes mühitinə uyğun şəkildə verilənlər bazası strukturunun tərtib olunması
• Avtomatlaşdırılmış həllərin tərtib olunması və inkişaf etdirilməsi (prosedurlar, triqqerlər, skalyar funksiyalar və s.)
• Digər bölmələrdən gələn tələblərin müəyyən olunması və ETL proseslərinin qurulması üçün digər komandalarla iş birliyi
• Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi, ETL prosesi
• Ad-hoc hesabatların yazılması, verilənlərin çıxarılması
• Developer komandasına T-SQL sorğuların yazılması və optimallaşdırılmasında dəstək göstərilməsi
• Development, QA və Production mühitini izləmək üçün günlük tapşırıqların yerinə yetirilməsi
• ETL paketlərin tərtib olunması, saxlanılması və köçürülməsi
• Performans problemi baş verdikdə server konfiqurasiyasında və ya indeks/sorğu üzərindəki dəyişikliklər də daxil olmaqla performansın artırılması üçün ən optimal həllin seçilməsi
• Xərclərin azaldılması məqsədilə optimallaşdırma işlərininn görülməsi
• Dəyişiklikləri sənədləşdirmək və SVN-ni tanımaq
• Kritik production sistemdə 7/24 dəstək göstərilməsi

Maraqlanan namizədlər mövzu hissəsində “Database Administrator” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.