Memar - dizayner

İşin təsviri

“SR Construction” MMC

Memar - dizayner

Vəzifələr

• Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirir.
• Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim edir.
• Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edir.
• Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını hazırlayır.
• Vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlayır və layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu əsas götürürür.
• Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə alır.
• Layihənin hazırlanmış eksteryer və interyerinin 3D görünüşünün, tikinti başa çatdıqda real görünüşlə eyni olması üçün obyektin tikintisində müəllif nəzarətini yerinə yetirir, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edir.

Namizədə tələblər

• Ali təhsil
• İş təcrübəsi: 1 ildən 3 ilə qədər
• Xanım namizədlərə üstünlük veriləcək
• Tikilən obyektlərin layihə-smeta sənədlərinin biliyi
• Kompüter bilikləri: AutoCAD, 3D Max
• Ünsiyyətcil, kollektivlə işləmə bacarığı

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər.