Satış kanallarının idarəolunması üzrə ekspert

  • PAŞA Sığorta
  • Elanın qoyulma tarixi: 22.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PAŞA SığortaASC namizədləri Satış kanallarının idarəolunması üzrə ekspert vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri

• Cari satış proseslərini analiz etmək və inkişaf etdiriləcək yerləri müəyyən etmək;
• Təkmilləşdirilmiş satış proseslərini dizayn etmək, onları mərkəzi təşkilat və komandada maraqlı tərəflərlə razılaşdırmaq;
• Yeni satış presoslərinin şirkətin standartlarına uyğunluğunu təmin etmək;
• Müştərilərin saxlanılması təşəbbüsləri və mexanizmlərinin, həmçinin çarpaz-satış fürsətlərinin yaradılması;
• Cari məhsulların, onların paketləri və üstünlüklərin satış strategiyasını müəyyən etmək;
• Kanal və müştəri geridönüşlərinə əsasən yeni məhsulların yaradılmasının dəstəklənməsi;
• Kanallar üzrə yeni məhsulların(məs. hibrid məhsullar) satış strategiyasının müəyyən edilməsi;
• Yeni satış kanallarının, əməkdaşlıqların yaradılması və mövcud olanların inkişaf etdirilməsi;

Biliklər

• Ali təhsil; iqtisad, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, işgüzar ingilis və rus dillərinin biliyinə üstünlük verilir;

Təcrübə və Bacarıqlar

• Satış-biznesı sahəsində iş təcrübəsinin minimum 3 il, korporativ satış istiqamətində və o cümlədən sığorta sahəsində iş təcrübəsinin olmasına üstünlük verilir;
• Yüksək kommunikasiya bacarığı;
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı.

Son müraciət tarixi: 15 noyabr, 2020-ci il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.