Maliyyə-mühasibatlıq Departament Direktoru

  • Woodpecker
  • Elanın qoyulma tarixi: 11.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Woodpecker MMC – Maliyyə-mühasibatlıq Departament Direktoru

Şirkətimiz barəsində: 1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası bəlirləməkdir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Şirkətin maliyyə sisteminin sıfırdan qurulması,
• Maliyyə departamenti və komandanın qurulması,
• Mühasibatlıq və maliyyə prosedurlarının yazılması və icrasının təmini,
• Departamentin idarə edilməsi, şirkətin əsas biznes istiqamətlərinə dəstəyin göstərilməsi.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Təcrübə və Texniki bacarıqlar:

• Maliyyə və mühasibatlıq sahəsində yüksək səviyyədə biliklər
• Quruculuq qabiliyyətinin yüksək olması,
• Xarici dil bilikləri: İngilis dilini C1-C2, Rus dili üstünlükdür,
• Texnolojik məlumatlılıq (yeni texnologiyalara sürətli adaptasiya)
• Planlama qabiliyyəti
• ACCA və digər müvafiq xarici sertifikasiyasının olması üstünlükdür.

Emosional bacarıqlar və vərdişlər:

• Detallara diqqətli olmaq
• Müzakirə və inandırma qabiliyyəti
• Kritik düşünmə və təhlil
• Problemlərə həll edici yanaşma
• Yeniliyə açıqlıq,yaradıcılıq
• Analitik düşünmə,
• Komanda işinə meyli olma.

İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARİ BARƏSİNDƏ:

• Əmək haqqı razılaşma ilə təyin ediləcək, əmək haqqı və ümumi əmək münasibətləri tam rəsmi olacaq.
• İş yeri: Əhməd Rəcəbli, Woodpecker mağazasının 2ci mərtəbəsi.
• İş günlərinin sayı 5 gün, ilkin etapda əlavə iş yükü ola bilər.

Müraciətinizi e-mail ünvanına göndərin (mövzu yerində vakansiya adı qeyd edilməklə): [email protected]