Marketinq şöbəsinin mütəxəssisi

İşin təsviri

İşin təsviri:

• Sosial media üçün həftəlik paylaşım planının hazırlanması;
• Reklamların yerləşdirilməsi, KPİ-lara nəzarət;
• Kontent planın hazırlanması;
• Mətnlərin yazılması (press reliz, post və s.) və ehtiyac olduqca ingilis və rus dillərinə tərcümə edilməsi;
• Şirkətin bazarda təqdim etdiyi bütün növ cari xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
• Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
• Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
• Şirkətin strateji marketinq planın icrasını həyata keçirmək.

Namizədə tələblər:

• Ali təhsil
• Aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Kompüterdə sürətli işləmək bacarığı;
• Bloq və PR üçün mətn yazmaq, press-relizlər hazırlamaq bacarığı;
• Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan;
• Xarici dil bilikləri ( Rus və İngilis dili yüksək səviyyədə);
• Azərbaycan dilinin qrammatikasını və orfoqrafiyasını mükəmməl bilməli;
• Sosial media, dijital reklam və s. sahədə biliklərinin olması;
• Dizayn, konsept və s. müasir trendlərdən xəbərdar olmalı;
• Operativlik, dəqiqlik, məsuliyyət
• Məsuliyyətli, punktual,daim öz üzərində çalışan

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq şöbəsinin mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə beləmüraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.==