Mühasib

  • Mover LLC
  • Elanın qoyulma tarixi: 04.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

Əmək haqqı: 700 - 900 AZN

Tələblər:

- Yaş həddi: 25- 35
- Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi (Logistika sahəsində çalışan namizədlərə üstünlük verilir)
- Ali təhsil
- 1C (8.3) proqramında işləmək bacarığı

Vəzifələr:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların
- Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Mal-materialların uçotunun aparılması;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
- AR əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00
- Karyerada inkişaf imkanları

Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV- lərini mövzu yerində “Mühasib” qeyd edərək [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

İşəgötürənin reytinqi