Qeydiyyatçı (Siyəzən)

İşin təsviri

VİJN FOND AZƏRKREDİT TƏŞKİLATI SİYƏZƏN ŞÖBƏSİNƏ İŞÇİ QƏBULUNU ELAN EDİR!!!

Böyük məmnuniyyətlə Vijn Fond AzərKredit (VF AzərKredit) Siyəzən rayonunda yeni açılacaq Siyəzən şöbəsinə aşağıdakı vəzifələr üzrə işçi qəbulu elan edir:

 Qeydiyyatçı (1 vakant yer)

AzərKredit 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədilə ümumdünya yardım və inkişaf təşkilatı olan Vörld Vijn Azərbaycan təşkilatı tərəfindən təsis edilmiş, 2002-ci ildə məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmiş və 2003-cü ildə Azərbaycan Milli Bankının lisenziyasını almışdır. Təşkilat sürətlə öz filial şəbəkəsini genişləndirmiş və hazırda 25 filial və şöbələri ilə respublikanın müxtəlif regionlarında 40.000-dən çox müştəriyə xidmət göstərir.

İşəgötürən təşkilat olaraq, VF AzərKredit özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə peşəkar təlimlər, əla işçi abı-havası, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. Həmçinin, VF AzərKredit işçi heyətini davamlı inkişaf etdirmək vəzifəsinə sadiqdir. Biz hər bir işçinin karyerasının planlaşdırılmasını və onun vəzifə öhdəliklərini peşəkar səviyyədə icra etməsi üçün tələb olunan təlim və təhsil almasını təmin edirik. VF AzərKredit öz ədalətli və şəffaf işəqəbul prosesi ilə tanınmışdır. VF AzərKredit ailəsinə qoşulmağın ən mühüm üstünlüklərindən biri xoşməramlı və mehriban iş mühitidir. Biz işçilərimizin rifahını, onların peşəkar və şəxsi həyat tarazlığını dəyərləndiririk. VF AzərKredit hər bir işçinin öz inkişafına töhfə vermək və inkişaf cəhdləri üçün mükafatlandırılmaq imkanı olan qərəzsiz bir təşkilatı mədəniyyətə malikdir. Biz sizə davamlı olaraq inkişaf edən peşəkarlar komandasına qoşulmaq imkanı təklif edirik. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Vakant yerlərə iddialı olan namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil (iqtisadi ali təhsil qeydiyyatçı namizədlər üçün mütləq deyil);
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
• Yüksək kompüter bilikləri (Excel, Word və s.);
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək və komandada işləmək qabiliyyəti;
• Məsuliyyətlilik, düzgünlük, dəqiqlik, sadiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Təşkilatın missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
• Əla ünsiyyət qurma bacarığı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;

Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, işəqəbul anketlərini doldurmaq üçün 15 aprel 2012-ci il tarixinədək təşkilatın Bakı filialına (Əsəd Əhmədov (keçmiş Talıblı) küçəsi 9, Yasamal rayonu Telefon: ((+994 12) 434 88 08/09) müraciət etsinlər.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected];
Faks:  (+99412) 597 30 39 (Baş Ofis)