Nəqliyyat üzrə mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 27.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Siz elektron poçtun “mövzu” yerinə “Nəqliyyat üzrə mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Banka məxsus olan nəqliyyat vasitələrinin siyahılaşdırılması, həmin nəqliyyat vasitələrinin sənədlərinin (texniki pasport, sürücülük vəsiqəsi, icbari sığorta, yol vərəqəsi vəyaxud etibarnamə) düzgünlüyünün təqib olunması, əskikliklər barəsində lazımi bölmələrin məlumatlandırılması
• Nəqliyyat vasitələri istismara verilmədən öncə sürücüyə təhvil-təslim olunması, sürücülərə lazımi təlimatların verilməsi
• Banka məxsus olan nəqliyyat vasitələrinin nasazlıqlarını aşkarlamaq üçün yoxlamalar keçirmək və nasazlıqların vaxtında aradan qaldırılması üçün lazımi tədbirlər görmək
• Nəqliyyat vasitələrinin ümumi baxım və təmir işləri ilə əlaqədar məsələlərin həyata keçirilməsi, nasazlıqların araşdırılması, lazımi tədbirlərin görülməsi üçün təyin olunmuş təmir emalatxanasına (servis) yönəldilməsi
• Nəqliyyat vasitələrinin təmiri və baxımı ilə əlaqədar uyğun servis təkliflərinin alınması, qiymət razılaşdırma protokollarının hazırlanması, rəsmi texniki xidmət müqavilələrinin hazırlanması
• Nəqliyyat vasitələrinin təmiri ilə bağlı olaraq əvvəlcədən lazımi təmir emalatxanaları təyin etmək, dəyişiləcək hissələr və görüləcək işlər üçün uyğun qiymət təkliflərinin alınması, qarşılıqlı razılaşma (müqavilə əsasında) fəaliyyətin təmin edilməsi
• Nəqliyyat vasitələrinin mütəmadi olaraq yağ dəyişmə vaxtlarına diqqət yetirmək, hissə dəyişimi üçün ilkin olaraq dəyişiləcək ehtiyat hissələrinin gözdən keçirilməsi
• Bankdaxili sifariş əsasında struktur bölmələri nəqliyyat vasitələri ilə təmin olunması
• Banka aid olan nəqliyyat vasitələri üçün yanacağın hesabatının hazırlanması, yanacağın uçotunun aparılması
• Bank daxilində nəqliyyat işləri ilə əlaqədar məsələlərin həll olunması, sənədləşmənin düzgün təqib olunması və həyata keçirilməsi
• İstifadə olunan nəqliyyat vasitələrinin istismarı üzrə təlimatlara, dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət olunmasına nəzarət etmək
• Davamlı olaraq Banka aid olan nəqliyyat vasitələrinin marşrut üzrə hərəkətinə nəzarət etmək
• Şirkətin siyasət, təlimat və xidməti standartlarına / qaydalarına riayət etmək

Tələblər:

• Ali texniki və ya orta-ixtisas təhsili olması
• Nəqliyyat vasitəsinin ehtiyat hissələri və təmiri barədə biliklərin olması
• Ən azı B kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalı
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı
• Komandada işləmək bacarığı və stresə dözümlülük

İşəgötürənin reytinqi