Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 24.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Təhsil: Ali tibb (mütləqdir)
• Yaş: tətbiq olunmur
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və İngilis dili (əla)
• Microsoft Office proqramlarını bilmək
• Bazar iqtisadiyyatının prinsplərini bilmək
• Sığorta qanunvericiliyini bilmək
• İş təcrübəsi - Sığortası sahəsində olması arzuolunandır.

Əsas vəzifə öhdəlikləri

• Satış bloklarından daxil olan sorğuların cavablandırılması
• Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması
• Sığorta məhsullarının hazırlanmasında iştirak
• Bütün sığorta xidmətləri və məhsulları üzrə istifadə olunacaq tarif cədvəllərinin hazırlanmasını təmin etmək;

Şəxsi keyfiyyətlər

• Riyazi biliklərə və analitik düşüncəyə malik olması
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı : 400 azn

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Anderraytinq və təkrarsığorta şöbəsinin aparıcı mütəxəssisi ” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.