Gömrükləmə və beynəlxalq daşınmalar üzrə broker

  • Logist LLC
  • Elanın qoyulma tarixi: 21.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Gömrükləmə və beynəlxalq daşınmalar üzrə broker

Logistika üzrə sürətli inkişaf edən Logist şirkəti komandasına yeni üzvlər axtarışındadır.

Logist MMC anbar və ofisi Bakıda yerləşən logistika üzrə hər növ (tam tsikl) xidmət təklif edən müştəri yönümlü şirkətdir.

Logist MMC müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr üçün logistika xidmətlərini təklif edir. Buraya:

- Beynəlxalq daşınma;
- Gömrüklə bağlı sənədləşmə işləri;
- Yüklərin anbarlarda saxlanılması;
- Malların çatdırılmaya hazırlığı və çatdırılması;
- Yüklərin mənzil başına düzgün sayda və keyfiyyətdə təhvil verilməsinin təşkil edilməsi kimi kompleks xidmətlər daxildir

Vəzifənin öhdəlikləri:

• Gömrük sənədlərinin dövriyyəsinin aparılması;
• Gömrük ödənişləri ilə işləmək;
• Gömrük orqanlarında yaranan qeyri-standart məsələlərin həlli;
• Gömrük rəsmiləşdirilməsi məqsədilə qəbul edilmiş mal və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərini yoxlamaq;
• Xərclərin hesablanmasında və müvafiq gömrük rüsumlarının ödənilməsində köməklik göstərmək;
• Müştərinin idxal və ixrac əməliyyatlarının hüquqi təminatını həyata keçirmək;
• Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
• Nəqliyyat və gömrük sənədləri ilə iş; Bütün zəruri icazələrin hazırlanması.

Şərtlər:

• İş qrafiki həftə içi 9 00 – 18 00, istirahət günü - şənbə, bazar
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Telefon danışıq haqqının verilməsi
• Əmək haqqı müsahibəyə əsasən təyin olunur

Namizədə tələblər:

• Ali təhsil
• MS Office (Word, Excel, Power Point, Outlook) proqramlarıını bilməli
• Azərbaycan, Rus dili (səlis), İngilis dili (yaxşı)
• Dürüst, səmimi, məsuliyyətli və diqqətli olmaq
• Təşəbbüskarlıq qabiliyyəti
• Analitik düşünmə, tez qərar qəbul etmə, yarana biləcək problemləri ən qısa zamanda həll etmək bacarığı

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.