AVROMAK MMC “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” vakansiyası elan edir.
İşçiyə qoyulan tələblər:
• Cinsi: Kişi
• 23-30 yaş aralığı;
• Göstərilən vəzifə üzrə (İstehsal sahəsində) ən azı 1 il iş təcrübəsi olmalıdır ;
• Ali təhsilin olması vacibdir;
• MS Office proqramlarını (Exel, Word) yaxşı səviyyədə bilməli;
• İşinə qarşı məsuliyyətli olmalı;
• Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
• Hazır məhsul saxlama, satış və geri qaytarma anbarlarında müntəzəm olaraq keyfiyyətə nəzarət yoxlamalarını aparmaq;
• Qida məhsullarının saxlanıldığı anbarlarda sanitar-gigienik tədbirlərin planlanması, təşkili və həyata keçirilməsinə nəzarətin aparılması;
• Müəssisəyə daxil olan xammalın yoxlanması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması;
• Keyfiyyətlə bağlı təlimatların hazırlanması;
• Həyata keçirilən proseslərlə bağlı rəy və təkliflərin alınması üçün rəhbərliklə əlaqə saxlamaq.
İş şərtləri:
• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• İcbari sığorta
• Əmək haqqı: 400 AZN
• İş vaxtı: 9.00 – 17.00 (bazar ertəsi – şənbə)
• İstirahət günləri: bazar, bayram günləri
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, Keyfiyyətə nəzarət üzrə mütəxəssis qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.