Hüquqşünas

  • AS PROF Logistics
  • Elanın qoyulma tarixi: 17.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hüquqşünas

Əmək haqqı: 800-1200 AZN

Şəhər: Bakı

Vəzifə üzrə əsas öhdəliklər:

• Müəssisənin fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək.
• Müəssisənin fəaliyyətinin normativ bazasının yaradılması işini təşkil etmək. Daxili normativ sənədlərin hazırlanması və hazırlanmasına nəzarət.
• Müəssisənin müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərinin təşkili.
• Müəssisənin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək.
• Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək.
• Müəssisənin struktur bölmələrinə və işçilərinə hüquqi məsələlər üzrə göstərişlərin və məsləhətlərin verilməsi.
• Aidiyyəti sahələr üzrə, o cümlədən mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqi

Namizədə aid tələblər:

• Hüquq elmləri üzrə ali təhsil;
• Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
• Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə;
• Yaş məhdudiyyəti: 25 yaş – 50 yaş.

Namizədlərdən [email protected] elektron ünvanına mövzü bölməsində Hüquqşünas qeyd etməklə müraciət etmələri xahiş olunur.

AS PROF Logistics tərəfindən digər vakansiyalar