Dəmir Filiz layihəsi üzrə metallurq (Daşkəsən rayonu)

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 17.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Dəmir Filiz layihəsi üzrə metallurq (Daşkəsən rayonu)

Əsas vəzifə və öhdəliklər:

• Nəcib, əlvan və qara metal filizləri sahələrində dağ-mədən sənayesi üzrə zənginləşdirmə və hidrometallurji tədqiqatlar üzrə inovativ metodların sistemləşdiriməsi;
• Onların Azərbaycan Respublikasında mövcud filiz yataqlarında tədbiqi haqda mülahizələrin hazırlanması;
• Metallurji testlər üçün hazırlanmış kompozitlərin reprezentativliyi haqda rəylərin verilməsi;
• Sənaye miqyasında tədbiq edilən metodların aparılmasına nəzarətin həyata keçirilməsi;
• Gündəlik metallurgiya (metallurji balans) hesabatını hazırlamaq;
• Gündəlik məhlul nümunəsini götürmək, məhlulda pH, sianid və qızıl-gümüş tərkibinin nəticələrini yoxlamaq və müqayisələndirmək;
• Bütün nümunələrin gündəlik toplanmasını təmin etmək;
• Götürülən nümunələrin və nümunə götürülmə üsullarının düzgün olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək;
• Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasını təmin etmək;
• Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
• Hasilat prosesi barədə rəhbərliyə günlük, həftəlik və aylıq hesabatların verilməsini təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Metallurji prosesslərdə metal balansının təyin edilməsi biliklərinə malik olmalı;
• Kimyəvi analizlərin aparılması metodları haqda dərin biliklərə malik olmalı;
• Zənginləşdirmə və hidrometallurji metod və üsulların aparılması üzrə təcrübəyə malik olmalı;
• Komanda ruhu, təşkilatçılıq, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• İstehsalat sahələrinin beynəlxalq standartların tələblərinə uyğun idarəolunması qaydalarını bilməli;.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (müvafiq sahə üzrə);
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Dəmir Filiz layihəsi üzrə metallurq " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi