Informasiya Təhlükəsizliyi üzrə mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 14.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Nəzarət departamentində Informasiya Təhlükəsizliyi üzrə mütəxəssis (Analitik)

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət departamentində Informasiya Təhlükəsizliyi üzrə mütəxəssis (Analitik) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Hücumlar, müdaxilələr və qeyri-adi, icazəsiz və qeyri-qanuni fəaliyyətlərə nəzarət;
• Müdaxilə insidentlərini aşkarlamaq və yaranma səbəblərini araşdırmaq;
• Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq;
• İnformasiya Təhlükəsizliyi sistemlərinin dəstəklənməsi (NGFW, IDS/IPS, WAF, Secure Web Gateway, Secure Email Gateway, DLP, SIEM, Endpoint Security, Privileged Access Management);

Bilik tələbləri:

• Windows(AD, DNS, Group Policy), *nix Əməliyyat Sistemləri;
• Virtualizasiya texnologiyaları(ESXi, Hyper-V);
• Şəbəkə texnologiyaları;
• Şəbəkə Firewall-ları, IDS/IPS;
• Veb tətbiq Firewall-ları (WAF);
• Təhlükəsizlik sertifikatları və protokolları/portları;
• Log/Event faylların araşdırılması;
• “Endpoint” təhlükəsizliyi;
• SIEM texnologiyaları;
• DLP texnologiyaları.

Şəxsi keyfiyyətlər:

• Ali təhsil;
• İnformasiya Təhlükəsizliyi, və ya İT sahəsində minimum 3 il iş təcrübəsi;
• Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
• Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dili texniki səviyyədə bilmək;
• Yüksək üsniyyətqurma qabiliyyəti;
• Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
• İT üzrə beynəlxalq sertifikatların/şəhadətnamələrin mövcudluğuna üstünlük verilir.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi