Auditor

İşin təsviri

Tələblər:

• Ali iqtisadi təhsil
• 2-3 ildən az olmayan audit sahəsində iş təcrübəsi (Əczaçılıq sferasında olması üstünlükdür)
• Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
• 1C proqram üzrə bilikləri (arzuolunandı)
• Beynəlxalq audit standartları, risklərin idarə olunması üzrə biliklər
• Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti

Vəzifə öhdəlikləri:

• Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması, maliyyə direktorunun təsdiqindən sonra kassa məxaric qəbzlərinin təsdiq edilməsi
• Iadə olunan malların razılaşdırılmış əməkdaşlıq şərtlərinə uyğunluğunun yoxlanılması və 1C proqramı üzrə təsdiq edilməsi
• Apteklər üzrə məhsul dövriyyəsinin daxili qaydalara uyğunluğunun və 1C proqramında qeydiyyatının yoxlanılması
• 1C proqramında qeydiyyata alınmış məhsul siyahısının say tərkibinin və satış qiymətinin sənədlərə uyğunluğuna nəzarət edilməsi
• Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
• Anbarda mövcud olan məhsulların seriya nömrələri, adları üzrə uyğunsuzluqlarının 1C proqramında müəyyən olunması və düzgünlüyünün təmin edilməsi
• Referent siyahıya daxil edilmiş məhsul qiymətlərinin 1C proqramına daxil edilməsi və yoxlanılması
• Apteklər üzrə mütəmadi audit yoxlamalarının keçirilməsi, ezamiyyələrdə iştirak və müvafiq olaraq hesabat hazırlanması
• Şirkət tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi

İş şəraiti:

• İş yeri: DEPO (Oktay Vəliyev 21C, Baki şəhəri, NZS qəsəbəsi)
• 6/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı 1000 manat

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşəgötürənin reytinqi