Təsərrüfat müdiri

  • Xəzər TV
  • Elanın qoyulma tarixi: 09.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yaş həddi: 30-50;
Kompüter biliyi: MS Office (Word, Excel); 1C
Dillər: Azərbaycan dili;
İş təcrübəsi: Təsərrüfat, təchizat sahəsində ən azından 3 il

Tələblər:

- Şirkətin təsərrüfat xidmətinin lazımı səviyyədə təşkil edilməsinə nəzarət;
- Ofislərin təmir işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət;
- Şirkətin bölmələrinin mebellə, təsərrüfat inventarları ilə vaxtında təmir olunmasına nəzarət;
- Sahənin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, binaların fasadlarının və giriş yerlərinin təmiz olmasına nəzarət;
- Şirkətin sanitar qaydalarına uyğun səliqəli və təmiz saxlanılmasının təmin edilməsi;
- Şirkətə lazım olan təsərrüfat mallarının sifarişinin vaxtında hazırlanması və təminatının təşkil edilməsi;
- Təsərrüfat və digər malların qalığına daima nəzarətin edilməsi;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün düzgün aparılması, fəaliyyətinin əlaqələndirilməsi, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət;
- Anbar işinin düzgün aparılmasına nəzarət və s.

Əmək haqqı danışıq əsasında təyin edilir.

Əgər sadalanan tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, öz anket məlumatlarını (CV) subject/mövzu hissəsində “Təsərrüfat müdiri” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Uyğun namizədlər ilə əlaqə saxlanacaqdır. Uğurlar!

İşəgötürənin reytinqi

Xəzər TV tərəfindən digər vakansiyalar