Onlayn mağazaya inteqrasiya və partnyorlara xidmət üzrə agent

İşin təsviri

Vəzifə – Onlayn mağazaya inteqrasiya və partnyorlara xidmət üzrə agent. (E-commerce Merchant Success Agent).

Əsas fəaliyyətləri: Məhsullarla/assortimentlə,partnyorların sifarişləri ilə iş. Partnyora onlayn satışlarda uğur əldə etməyə yardımçı olmaq.

İş vəzifələri:

• Partnyorlar tərəfindən gələn sifarişləri hazır etmək;
• Sayt üçün məhsulların soft -kartlarını əlavə edib, doldurmaq :fotoşəkillər, təsviri, xüsusiyyətləri;
• Excel cədvəllərində hesabatın aparılması;
• Sayta yükləmək üçün məhsul məlumatları ilə excel cədvəllərinin doldurulması (partnyorlar məhsul haqqında müxtəlif formatlarda məlumat verir - agent onları, platformada yerləşdirilmək üçün əlverişli bir görünüş verərək hazır edir);
• İnternet mağazasında partnyorların məhsul çeşidləri haqqında məlumatların aktuallığının yenilənməsi;
• PC-də fotoşəkilləri redaktə etmək bacarığı: kəsmək, kadrlaşdırma, sadə rəng korreksiyası;
• 1C ilə işləmək bacarıqları üstünlükdür.

Namizədlərə tələblər:

• Orta, texniki təhsil (ali təhsil üstünlükdür);
• Azərbaycan və rus dillərində səlis bilmək;
• Qramatik düzgün şifahi və yazılı nitq;
• İnkişaf etmiş ünsiyyət bacarıqları və müştəriyə fokuslanma bacarığı;
• Prioritetləri düzgün sıralamaq və çox tapşırıqlı bir mühitdə işləmək bacarığı;
• Komandada işləmək bacarıqları;
• Stressə davamlılıq;
• Təlimatlara uyğun tapşırıqların dəqiq icra olunması.

Əlavə :

• Bütün namizədlərə şirkətin hesabına təlim keçirilir.

Şərtlər:

Əmək haqqı: 400 azn
İş saatları – Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək

Namizədlərdən CV-lərini, mövzuda « Onlayn mağazaya inteqrasiya və partnyorlara xidmət üzrə agent» qeyd edərək, e-poçt: [email protected] ünvanına göndərmələrini xahiş edirik.