Kapital Bank namizədləri Qəbələ, Salyan, Naftalan və Şimal filiallarına Xidmət bölməsində Əməliyyat üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər :
• Müştərilərə xidmət;
• Sürətli pul köçürmə əməliyyatlarının aparılması;
• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı;
• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
• Ödəniş kartları üzrə əməliyyatların aparılması.
Tələblər :
• Ali təhsil;
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
• Azərbaycan dilində sərbəst danışmaq bacarığı
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Əla ünsiyyət bacarıqları;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.