Arxitektor

İşin təsviri

“Nardaran invest” MMC Arxitektor vakansiyasını elan edir.

Əmək haqqı 1200-1500 AZN

İş haqqında qısa məlumat:

 Ölçmə, layihələndirmə, 3D görüntü, iş cizgilərinin yaradılması;
 Hazır AutoCad, 3DMax cizgiləri üzərində dəyişikliklərin edilməsi;
 Məlumatın əldə edilməsi və cizgilərin düzgünlüyünün təmin edilməsi üçün şirkətin mühəndis və digər heyəti ilə sıx əməkdaşlığın yaradılması;
 Layihə üzrə aparılan işlərə tikinti sahəsində mütləq nəzarət;
 Baş arxitektor və müdiriyyət tərəfindən verilən tapşırıqlara düzgün və vaxtında əməl edilməsi.

Namizədə Tələblər:

 Təhsili: Ali;
 İş təcrübəsi: 2 il və yuxarı;
 Rus dili biliyi MÜTLƏQDİR;
 AutoCad, 3ds Max Autodesk və Ofis proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı;
 Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.

Əlavə məlumatlar:

İş yeri: Nardaran qəsəbəsi, Dəmiryolçular küç. Sea Breeze Resort.

Nahar, mobil danışıqlar və Koroğlu metrostansiyasından nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər [email protected] mail ünvanına CV formalarını göndərə bilərlər.

 

İşəgötürənin reytinqi

Sea Breeze Resort & Residences tərəfindən digər vakansiyalar