Baş kassir

İşin təsviri


Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, “Ən yaxşı inqrediyentlərdən istifadə edərək “Ən yaxşı pizza” şüarı ilə addımlayan, pizza restoranlar şəbəkələri üçün “Baş kassir” vakansiyası elan edir:

Tələblər:

- Rus dili əla, ingilis dili arzuolunandır
- Kassa proqramları üzrə təcrübə
- Müvafiq sahə üzrə iş təcrübəsi 1-3 il
- Operativ və dəqiq
- Məsuliyyətli

Öhdəliklər

 -Müdiriyyətin verdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi
- Kassa işinin təşkili və kassa əməliyyatlarının aparılması
- Gün ərzində kassadan keçmiş bütün sənədlərə nəzarət
- Əməliyyət günün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması
- Restoranların kassalarına nağd vəsaitlərin, sənədlərin, qiymətlilərin göndərilməsi və qəbulu
- Nəğd vəsaitlərinin çeşidlənməsi
- Hesabatların verilməsi

İş Şərtləri

• Ə/H namizədin təcrübəsinə əsasən təyin ediləcəkdir.
• 6 günlük iş həftəsi: Bazar ertəsi – Cümə (saat 10:00-18:00), Şənbə (saat 10:00-16:00).
• Rabitə xərclərinin şirkət tərəfindən ödənilir.
• İş yeri şəhərin mərkəzində yerləşir.
• İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Baş kassir” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi