Smeta üzrə mühəndis

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 23.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Melissa Group” - yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Təqdim etdiyimiz vakansiya yeni tikinti layihəsinə “smeta üzrə mühəndis” vakansiyasıdır.

Vəzifə öhdəlikləri:

• Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
• Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
• İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
• Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlanması;
• Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
• Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qrupıaşmalarını yaratmaq.

Bilməlidir:

• Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
• Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Vəzifəyə dair tələblər:

• Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;
• İnşaat mühəndisliyi üzrə ali təhsil;
• Eskiz və işçi layihəni oxuma bacarığı;
• Kompyuter biliyi: MS Excel, AutoCad, internet;
• Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
• Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Digər məlumatlar:

• Altıgünlük iş qrafiki.
• Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən 1300-1500 AZN arası dəyişir.
• Cinsi : Kişi
• Yaşı : 28-50
• Dil biliyi : Azərbaycan dili, Rus dili

CV-lərinizi [email protected] ünvanına "mühəndis" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi